İSTİFADƏÇİ RAZILAŞMASI

Bu Razılaşma Azfon Discount Store internet mağazasında malların satışı qaydasını və https://www.azfon.ae saytından istifadə şərtlərini müəyyən edir.

1. Əsas təyinlər

1.1. Alıcı — https://www.azfon.ae saytında Malları sifariş etmək və ya almaq niyyətində olan və ya Malları sifariş edən, alan, yaxud istifadə edən, Sifarişi rəsmiləşdirmiş və ya əldə etmiş fiziki və ya hüquqi şəxsdir.

1.2. Satıcı — hüquqi ünvanı yerləşən ölkənin qanunvericiliyinə uyğun olaraq qeydiyyatdan keçmiş, fərdi sahibkardır, Malların distans satışını həyata keçirən fərdi sahibkarlıq.

1.3. Satıcı və Alıcı birgə "Tərəflər", ayrı-ayrılıqda isə "Tərəf" adlanır.

1.4. Sayt administrasiyası – https://www.azfon.ae saytının hüquq sahibidir

1.5. Mağaza – AZFONDiscountStore internet mağazasıdır

1.6. Sayt — "https://azfon.ae" və ya "https://www.azfon.ae" və ya "www.azfon.ae" ünvanında yerləşən bu "https://www.azfon.ae" veb-saytdır. Saytda istənilən Alıcı təqdim edilmiş Mallarla, onların təsviri və qiymətləri ilə tanış ola, müəyyən Malı, ödəniş və çatdırılma üsulunu seçə bilər, İnternet şəbəkəsi, telefon və ya elektron poçt vasitəsilə Sifarişi rəsmiləşdirə bilər.

1.7. Mal — müsadirə edilməmiş və mülki dövriyyədə məhdudlaşdırılmamış, https://www.azfon.ae saytının müvafiq bölməsində yerləşdirilməsi vasitəsilə satışa çıxardılmış əşyadır. Alqı-satqı predmeti yalnız o Mallar ola bilərlər ki, onların alınması bu Razılaşmanın 3.-cü bəndində nəzərdə tutulmuş qaydada telefonla təsdiq edilmişdir.

1.8. Sifariş — İstifadəçinin https://www.azfon.ae saytında seçdiyi Malların alınması və sorğuda göstərilmiş ünvana çatdırılması üçün rəsmiləşdirilmiş, İnternet şəbəkə vasitəsilə göndərilmiş və / və ya Satıcı tərəfindən Alıcıya telefonla məlumat verilmiş sorğusudur.

1.9. Çatdırılma kuryer xidmətləri — Alıcının Sifarişinə uyğun olaraq Malların çatdırılmasını həyata keçirən nəqliyyat və ya başqa poçt şirkətidir.

1.10. Məlumat - Saytın Alıcılarına verilən mətn və ya qrafik xarakterli məlumatdır. Məlumat böyük, işləmə qabiliyyətli vətəndaşlar üçün nəzərdə tutulur və xüsusi olaraq qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan hallar istisna olaraq, başqa şəxslər tərəfindən istifadə olunmamalıdır. İnformasiya qanuni əsaslarla pərakəndə ticarəti həyata keçirən, xidmətlər göstərən və s. şəxsin(şəxslərin) fəaliyyətinin reklam elementlərini daxil edə bilər.

2. Ümumi müddəalar

2.1. Bu Razılaşma Satıcı və Alıcı arasında oferta-müqaviləsidir.

2.2. Saytdan istifadə haqqında bu Razılaşma Satıcı və istənilən Alıcı arasında bağlanır. Saytın istənilən bölməsinə müraciət, habelə ona linkin yerləşdirilməsi, Sayt materiallarının sitat gətirilməsi və yenidən çap edilməsi bu Razılaşmanın şərtləri və müddəalarına riayət olunmasına hüquqi öhdəliyi hesab olunan İstifadəçinin razılığını nəzərdə tutur. Satıcı və Alıcı birlikdə "Tərəflər " adlandırılır.

2.3. Malları Bu Razılaşmada müəyyən edilmiş qaydada sifariş edərək Alıcı bu Razılaşma ilə razılaşır və həmin razılaşmanın yerinə yetirilməsinə/ yerinə yetirilməməsinə görə tam məsuliyyəti daşıyır.

2.4. Satıcı həm bu Razılaşmanı dəyişdirmək, həm də yenisini daxil etmək hüququ özündə saxlayır. Belə dəyişikliklər Saytda yerləşdirildikləri andan qüvvəyə minir. Razılaşmanın dəyişdirilməsindən sonra saytın materiallarının İstifadəçi tərəfindən istifadəsi avtomatik olaraq onların qəbul olunmasını bildirir. Alıcının edilmiş dəyişikliklərlə razı olmadıqda, o, Sayta daxil olmaqdan imtina etməli, Saytın materiallar və xidmətlərindən istifadəni dayandırmalıdır.

3. Sifarişin rəsmiləşdirilməsi və icra müddəti

3.1. Alıcının sifarişi telefon və / və ya İnternet şəbəkəsi vasitəsilə rəsmiləşdirilə bilər.

3.1.1. Sifarişin telefonla rəsmiləşdirilməsi zamanı Alıcı bu Razılaşma ilə tanış olduğunu təsdiq edir və Satıcının əməkdaşına Sifarişin rəsmiləşdirilməsi üçün lazım olan məlumatı verir.

3.1.2. Sifarişin İnternet şəbəkəsi vasitəsilə rəsmiləşdirilməsi zamanı Alıcı Mal üçün elektron Sifariş formasını doldurur və formalaşdırılmış Sifarişi İnternet şəbəkəsi vasitəsilə Satıcıya göndərir. Məlumatın təqdim edilməsi Alıcının bu Razılaşma ilə razılığını bildirir.

3.2. Sifarişi aldıqdan sonra Satıcı Sifariş məlumatlarını, həmçinin Malın çatdırılması tarixini və vaxtını Alıcı ilə razılaşdırır.

3.3. Sifarişin emalı müddəti 3 iş günündən 5 iş gününə qədər təşkil edir. İş günləri sayt Administrasiyasının iş günlərini bildirir. Göstərilmiş tarix və vaxt Sifarişin çatdırılma rayonundan və emalı üçün lazım olan vaxtdan asılıdır.

3.4. Alıcının Malın xüsusiyyətləri və xarakteristikalarına dair sualı olarsa, Alıcı Sifarişi rəsmiləşdirməzdən əvvəl telefonla Satıcıya müraciət etməlidir.

4. Çatdırılma

4.1. Satıcı bu Razılaşmanın 3.3.-cü bəndində nəzərdə tutulmuş qaydada Tərəflər arasında razılaşdırılmış çatdırılma tarixi və saatına riayət etmək üçün bütün səyləri göstərəcək. Bununla belə, Satıcının günahı olmayan səbəblərdən baş vermiş gözlənilməz hallarda çatdırmada ləngimələr ola bilər. Satıcı gözlənilməz hallara görə məsuliyyət daşımır.

4.2. Çatdırılma üsulları:

Çatdırılma Kuryer xidmətləri tərəfindən həyata keçirilir. Alıcı kuryer xidmətini seçir. Alıcı seçilmiş xidmətin tariflərinə əsasən çatdırma haqqını ödəyir. Satıcı çatdırılma üçün məsuliyyət daşımır, lakin çatdırılma ilə bağlı problemlərin həll olunmasında köməklik göstərir.

4.3. Çatdırılma zaman sifariş edilmiş Mallar Alıcıya və ya Sifarişdə alan şəxs kimi göstərilmiş şəxsə və ya Malın qəbul edilməsi hüququna dair etibarnamə təqdim etmiş Alıcının və/və ya Alan şəxsin səlahiyyətli nümayəndəsinə təhvil verilir.

4.5. Malın Alıcıya təslimi zamanı malın miqdarı, keyfiyyəti (görülən nöqsanların olub-olmaması), tamlığı, həmçinin Alıcının Sifarişinə uyğunluğu yoxlanılır. Zəmanətin verildiyi hallar istisna olmaqla, Mal qəbul olunduqdan sonra Satıcı mala görə məsuliyyət daşımır.

5. Mağazamızda əldə edilmiş malın qaytarılması şərtləri.

5.1. Alınmış bağlamada qüsurlu mal aşkar etdiyinizdə — elektron poçt vasitəsilə bizim menecerlərimizlə mütləq əlaqə saxlayın.

5.2. Geri qaytarma yalnız qəbul tarixindən 14 gündən gec olmayaraq YALNIZ Sizə göndərilmiş malın zədəli olduğu təqdirdə o şərtlə qəbul olunur ki, malın ilkin əmtəə görünüşü, qablaşdırması pozulmamışdır və zəmanət talonunun mövcuddur və ya sifarişi yığan şəxsin səhvi ilə əlaqədar olaraq analoji modelə dəyişdirmək məqsədilə qəbul olunur!

5.3. Geri qaytarma xərcləri YALNIZ malın deffekli olduğu halda Satıcı tərəfindən ödənilir!

5.4. 5.3.-cü bənddə göstərilmiş halda qaytarılan malın olduğu bağlamada MÜTLƏQ qaytarma səbəbi və əlaqə məlumatlarınız qeyd olunmuş məktub olmalıdır. Belə vərəqənin olmadığı halda bütün göndərmə xərclərini Alıcı ödəyir!

5.5. Məktub olmayan və menecerlərlə əvvəlcədən razılaşdırılmamış heç bir bağlama emal edilməyəcək!

6. Malın ödənişi 6.1. Malın qiyməti https://www.azfon.ae saytında müəyyən Malın adının yanında göstərilir.

6.2. Satıcı https://www.azfon.ae saytında göstərilmiş Malın qiymətini birtərəfli qayda dəyişə bilər. Bu halda Alıcı tərəfindən artıq sifariş edilmiş Malın qiyməti dəyişmir.

6.3. Malın ödənişi Alıcı tərəfindən 100 % əvvəlcədən ödəniş şəklində həyata keçirilir.

6.4. Alıcının ölkəsində tətbiq olunan vergilər Alıcı tərəfindən ayrıca ödənilir.

7. Tərəflərin məsuliyyəti

7.1. Satıcı mağaza alınmış Malların yanlış istifadəsi nəticəsində Alıcıya vurulan zərərə görə məsuliyyət daşımır.

7.2. Satıcı aşağıda qeyd olunmuş hallar nəticəsində Alıcıya dəymiş zərərə görə məsuliyyət daşımır:

- Sifariş formasının yanlış doldurulması, o cümlədən şəxsi məlumatların səhv göstərilməsi;

- üçüncü tərəflərin qanunsuz hərəkətləri.

7.3. Alıcı Mağazada Sifarişin rəsmiləşdirilməsi zamanı göstərdiyi məlumatların doğruluğuna görə tam məsuliyyət daşıyır.

7.4. Tərəflər qarşısı alınmaz qüvvə şəraitinin, yəni Tərəflərin qabaqcadan görməsi və ağlabatan tədbirlər vasitəsilə qarşısı alınması mümkün olmayan fövqəladə xarakterli halların təsiri nəticəsində öhdəliklərinin tam və ya qismən yerinə yetirilməməsinə görə məsuliyyətdən azad olunur.

8. Əmtəə nişanları

8.1. Həmin Saytın materiallarında istinadlar verilən bütün əmtəə nişanları və adlar müvafiq sahiblərinin mülkiyyətidir.

9. Məxfilik və şəxsi məlumatların qorunması

9.1. Alıcı tərəfindən məlumatların verilməsi:

9.1.1. Alıcı https://www.azfon.ae saytında Sifarişi rəsmiləşdirdiyi zaman aşağıdakı şəxsi məlumatları təqdim edir: Adı, elektron poçt ünvanı, telefon nömrəsi, loqin və Satıcı/Saytın Administrasiyası tərəfindən tələb olunan başqa məlumat.

9.2. Alıcı tərəfindən təqdim olunmuş və Satıcı tərəfindən alınmış məlumatın istifadəsi:

9.2.1. Satıcı Alıcıdan aldığı məlumatı Alıcı qarşısındakı öhdəliklərinin icrası üçün istifadə edir;

9.2.2. Satıcı Alıcıya reklam və məlumatlandırma xarakterli mesajları göndərmək hüququna malikdir. Satıcıdan belə mesajlar almaq istəmədiyi halda Alıcı https://www.azfon.ae saytının elektron poçtuna imtina məktubunu göndərməklə reklam xarakterli mesajların alınmasından imtina etməlidir.

9.3. Satıcının aldığı məlumatın açıqlanması:

9.3.1. Satıcı Alıcıdan alınmış məlumatı açıqlamamağı öhdəsinə götürür. Alıcı və dövlət orqanlarının qarşısında öhdəliklərin icrası üçün Satıcıyla bağlanmış müqavilə əsasında hərəkət edən agentlərə və üçüncü şəxslərə Satıcı tərəfindən məlumatın verilməsi öhdəliyin pozulması hesab edilmir.

9.4. Alıcının hər kəs üçün açıq şəkildə Saytda təqdim etdiyi məlumatlara görə Satıcı məsuliyyət daşımır.

9.5. İnternet mağaza saytının İstifadəçisi və Saytın Administrasiyası arasındakı münasibətlərdən irəli gələn mübahisələri məhkəməyə təqdim etməzdən əvvəl mütləq şəkildə iddia (mübahisənin könüllü həlli haqqında yazılı təklif) təqdim olunmalıdır.

9.6. İddianı alan tərəf iddianın alınması tarixindən 30 təqvim günü ərzində iddianın baxılması nəticələri haqqında iddiaçıya yazılı məlumat verir.

9.7. Tərəflər razılığa gəlmədikdə mübahisə Londonda Beynəlxalq Arbitraj məhkəməsində həll olunur.

9.8. Bu Məxfilik Siyasətinə və İstifadəçi ilə və Saytın Administrasiyası arasındakı münasibətlərə bu sahədə mövcud olan beynəlxalq hüquq normaları tətbiq edilir.