Məxfilik siyasəti

MƏXFİLİK SİYASƏTİ

Şəxsi məlumatların məxfiliyi haqqında bu siyasət (bundan sonra – Məxfilik Siyasəti) https://www.azfon.ae ünvanında yerləşən "Azfon Discount Store" internet mağazanın saytı, proqramları və məhsullarından istifadə zamanı İstifadəçi haqqında əldə oluna biləcək bütün məlumatlara tətbiq edilir.


1. TERMİNLƏRİN TƏYİNİ

1.1 Bu məxfilik siyasətində aşağıdakı terminlər istifadə olunur:


1.1.1. "İnternet mağazanın saytının  administrasiyası (bundan sonra – Saytın administrasiyası)" saytının – şəxsi məlumatların toplanması və emalını təşkil edən və (və ya) həyata keçirən, həmçinin şəxsi məlumatların emalının məqsədlərini, emal ediləcək şəxsi məlumatların tərkibini, şəxsi məlumatlar üzərində aparılan hərəkətlər (əməliyyatları) müəyyən edən, saytı idarə etmə səlahiyyətinə malik  Azfon Discount Store adından hərəkət edən əməkdaşlardır.

1.1.2. "Şəxsi məlumatlar" - birbaşa və dolayısı ilə müəyyən edilmiş və ya müəyyən edilən fiziki və hüquqi şəxsə (şəxsi məlumatların subyektinə) aid olan istənilən məlumatdır.

1.1.3. "Şəxsi məlumatların emalı" - şəxsi məlumatların toplanması, yazılması, sistemləşdirilməsi, yığılması, saxlanması, dəqiqləşdirilməsi (yenilənməsi, dəyişdirilməsi), çıxardılması, istifadəsi, ötürülməsi (yayılması, ona müraciət hüququnun verilməsi), simasızlaşdırılma, bloklanması, silinməsi, ləğv edilməsi daxil olmaqla, şəxsi məlumatlar üzərinə avtomatlaşdırma vasitələrindən istifadə etməklə və ya onlardan istifadə etmədən yerinə yetirilən istənilən hərəkətdir (əməliyyatdır) və ya hərəkətlər (əməliyyatlar) məcmusudur. 

1.1.4. "Şəxsi məlumatların məxfiliyi" - Operator və ya və ya şəxsi məlumatlardan istifadə hüququna malik başqa şəxs tərəfindən riayət edilməsi mütləq olan, şəxsi məlumat subyektinin razılığı və ya başqa qanuni əsası olmadan həmin məlumatların yayılmasına yol verməmək tələbidir. 

1.1.5. "İnternet mağaza saytının istifadəçisi (bundan sonra - İstifadəçi) " – İnternet şəbəkəsi  üzərindən sayta daxil olma imkanına malik olan və internet mağazanın Saytından istifadə edən şəxsdir.

1.1.6. "Cookies" — veb-server tərəfindən göndərilmiş və istifadəçinin kompüterində saxlanan kiçik məlumat fraqmentidir ki, müvafiq saytın səhifəsini açmaq cəhdi zamanı veb-müştəri və ya veb-brauzer onu HTTP-sorğuda veb-serverə ötürür.

1.1.7. "IP-ünvan" — IP protokolu üzrə qurulmuş kompüter şəbəkəsindəki qovşağın unikal şəbəkə ünvanıdır.

1.1.8. "İnternet mağaza" - https://www.azfon.ae domenli ünvanlı "Azfon Discount Store" internet mağazasıdır.

2. ÜMUMİ MÜDDƏALAR

2.1. İnternet mağazanın saytının İstifadəçi tərəfindən istifadəsi İstifadəçinin bu Məxfilik siyasəti və şəxsi məlumatların emalı şərtləri ilə razılığını bildirir.

2.2. Məxfilik siyasətinin şərtləri ilə razı deyilsə, İstifadəçi İnternet mağazanın saytından istifadəni dayandırmalıdır. İstifadəçi  İnternet mağaza saytından istifadənin bitirilməməsi təqdirdə, saytın Administrasiyası onun istifadəsini avtomatik dayandırmaq hüququna malikdir.

2.3. Həmin Məxfilik siyasəti yalnız Azfon Discount Store İnternet-mağazasının www.azfon.ae saytına tətbiq edilir. İnternet mağaza saytında olan linklərlə İstifadəçinin  öz istəyi ilə və ya avtomatik keçə biləcəyi üçüncü şəxslərin saytlarına nəzarət etmir və onlara görə məsuliyyət daşımır.

2.4. Sayt administrasiyası İnternet mağaza saytının İstifadəçisi tərəfindən verilən şəxsi məlumatların düzgünlüyünü yoxlamır və İstifadəçilərin bir-birlərinə vurduqları zərərə görə məsuliyyət daşımır.


3. MƏXFİLİYİN SİYASƏTİNİN PREDMETİ

3.1. Bu məxfilik siyasəti internet mağazanın saytında qeydiyyat vaxtı və / və ya mal almaq üçün sifarişin rəsmiləşdirilməsi zamanı saytın Administrasiyasının sorğusu ilə İstifadəçinin təqdim etdiyi şəxsi məlumatları açıqlamama və məxfiliyini təmin etmə üzrə internet mağaza saytının Administrasiyasının öhdəliklərini müəyyən edir.

3.2. Həmin Məxfilik siyasəti çərçivəsində emalına icazə verilmiş şəxsi məlumatlar Azfon Discount Store internet-mağaza Saytında Ödəniş və çatdırma bölməsində və ya başqa bölmələrdə qeydiyyat formasının doldurulması yolu ilə İstifadəçi tərəfindən təqdim edilir və aşağıdakı məlumatları daxil edir:

3.2.1. İstifadəçinin soyadı, adı, atasının adı;

3.2.2. İstifadəçinin əlaqə telefonu;

3.2.3. elektron poçt ünvanı (e-mail);

3.2.4. Malın çatdırılma ünvanı;

3.2.5. İstifadəçinin yaşadığı yer. 

İnformasiyanın siyahısı saytın Administrasiyası tərəfindən dəyişdirilə bilər

3.3. İnternet mağaza reklam bloklarına baxış prosesində və sistemin statistik skripti ("piksel") quraşdırılmış səhifələrə daxil olma zamanı avtomatik ötürülən Məlumatları mühafizə edir:

IP ünvan;

cookies-dən məlumatlar;

brauzer (və ya reklamın nümayişinə girişi həyata keçirən başqa proqram) haqqında məlumat;

giriş vaxtı;

reklam blokunun yerləşdiyi səhifənin ünvanı;

referer (əvvəlki səhifənin ünvanı).

3.3.1. Cookies-in söndürülməsi İnternet mağaza saytının avtorizasiya tələb edən hissələrinə girişin mümkün olmamasına gətirə bilər.

3.3.2. İnternet mağaza öz ziyarətçilərinin IP-ünvanları haqqında statistik məlumatı toplayır. Bu məlumatdan texniki problemlərin aşkarlanması və həll olunması, həyata keçirilən ödənişlərin qanuniliyinə nəzarət olunması məqsədilə istifadə olunur.

3.4. Yuxarıda qeyd olunmamış hər hansı başqa şəxsi məlumat (alış-veriş tarixçəsi, istifadə edilən brauzerlər və əməliyyat sistemləri və s.) həmin Məxfilik siyasətinin 5.2. və 5.3.-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla etibarlı şəkildə saxlanmalı və açıqlanmamalıdır.

4. İSTİFADƏÇİNİN ŞƏXSİ MƏLUMATLARININ TOPLANMASI MƏQSƏDİ

4.1. İstifadəçinin şəxsi məlumatlar internet mağaza saytının Administrasiyası tərəfindən aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:

4.1.1. Sifarişin rəsmiləşdirilməsi və(və ya) Azfon Discount Store internet-mağazasından distans şəkildə Malın alqı-satqısı müqaviləsinin bağlanması üçün İnternet mağazanın saytında qeydiyyatdan keçmiş İstifadəçinin eyniləşdirilməsi.

4.1.2. İnternet mağaza saytının şəxsiləşdirilmiş mənbələrinə giriş hüququnun İstifadəçiyə verilməsi.

4.1.3. İstifadəçi ilə əks əlaqənin yaradılması, o cümlədən internet mağaza Saytının istifadəsi ilə əlaqədar xəbərdarlıqların, sorğuların göndərilməsi, xidmətlərin göstərilməsi, İstifadəçidən gələn sorğu və sifarişlərin emalı.

4.1.4. Təhlükəsizliyin təmin olunması, dələduzluğun qarşısı alınması üçün İstifadəçinin olduğu yerin təyin edilməsi.

4.1.5. İstifadəçi tərəfindən verilmiş şəxsi məlumatların düzgünlüyü və bütövlüyünün təsdiq edilməsi.

4.1.6. İstifadəçi hesabın yaradılmasına razılıq vermişdirsə, alış-verişin edilməsi üçün hesabın yaradılması.

4.1.7. İnternet mağaza Saytının İstifadəçisinə  sifarişin statusu haqqında məlumatın verilməsi.

4.1.8. Ödənişlərin emalı və alınması, verginin və ya vergi güzəştlərinin təsdiqi, ödənişin iddia edilməsi, İstifadəçi tərəfindən kredit xəttinin alınması hüququnun müəyyən edilməsi.

4.1.9. İstifadəçiyə internet mağaza Saytının istifadəsi ilə bağlı problemlərin yaranması zamanı effektiv müştəri və texniki dəstəyin göstərilməsi.

4.1.10. İstifadəçinin razılığı ilə məhsulların yenilənmələri, xüsusi təkliflər, qiymətlər haqqında məlumat, xəbərlərin və başqa məlumatların İnternet mağazanın və ya İnternet mağazanın partnyorlarının adından istifadəçiyə göndərilməsi.  

4.1.11. Reklam fəaliyyətinin həyata keçirilməsi.

4.1.12. İstifadəçiyə məhsulların, yenilənmələrin və xidmətlərin alınması məqsədilə İnternet mağazanın partnyorlarının saytlarına və ya servislərinə girişin hüququnun verilməsi.

5. ŞƏXSİ MƏLUMATLARIN  EMALI ÜSULLARI VƏ MÜDDƏTLƏRİ

5.1. İstifadəçinin şəxsi məlumatlarının emalı hər hansı müddət məhdudiyyəti qoyulmadan, istənilən qanuni üsulla, o cümlədən  şəxsi məlumat sistemlərində avtomatlaşdırma  vasitələrinin istifadəsi ilə və ya belə vasitələrdən istifadə etmədən həyata keçirilir.

5.2. İstifadəçi razılaşır ki, saytın Administrasiyası şəxsi məlumatları yalnız İstifadəçinin "Azfon Discount Store" internet-mağazanın saytında etdiyi sifarişinin icrası, o cümlədən Malın çatdırılması məqsədləri üçün üçüncü şəxslərə, xüsusilə kuryer xidmətlərinə, poçt təşkilatlarına,  telekommunikasiya operatorlarına vermək hüququna malikdir. 

5.3. İstifadəçinin Şəxsi məlumatları səlahiyyətli dövlət hakimiyyəti orqanlarına yalnız sifarişin edildiyi, malın çatdırılma/verilmə ölkəsinin qanunvericiliyi ilə və beynəlxalq hüquqla müəyyən edilmiş əsaslarla və qaydada verilə bilərlər.

5.4. Şəxsi məlumatların itirilməsi və / və ya açıqlanması halda saytın Administrasiyası şəxsi məlumatların itkisi və ya açıqlanması haqqında İstifadəçini məlumatlandırır.

5.5. Sayt administrasiyası İstifadəçinin şəxsi məlumatlarının qanunsuz və ya təsadüfi istifadə, məhv etmə, dəyişdirilmə, bloklanma, sürəti çıxarılma, yayılma və həmçinin üçüncü şəxslərin başqa qanunsuz hərəkətlərinə qarşı mühafizə edilməsi üçün lazımi təşkilati və texniki tədbirləri görür.

5.6. Sayt administrasiyası İstifadəçi ilə birgə İstifadəçinin şəxsi məlumatlarının itkisi və ya açıqlanması nəticəsində yaranan zərərin və ya başqa mənfi nəticələrin qarşısını almaq üçün bütün zəruri tədbirləri görür.


6. TƏRƏFLƏRİN ÖHDƏLİKLƏRİ

6.1. İstifadəçi aşağıda sadalananları etməlidir:

6.1.1. İnternet mağaza Saytından istifadə üçün lazım olan və saytın Administrasiyasının tələbi ilə şəxsi məlumatlar haqqında informasiyanı təqdim etmək.

6.2.2. Bu Məxfilik Siyasətinin 5.2. və 5.3.-cü bəndlərində göstərilənlər istisna olmaqla, məxfi məlumatların gizli saxlanılmasını təmin etmək, İstifadəçinin ilkin yazılı icazəsi olmadan İstifadəçinin təqdim etdiyi şəxsi məlumatlarını yaymamaq, satmamaq,  mübadilə etməmək, dərc etməmək və ya başqa mümkün üsullarla açıqlamamaq.

6.2.3.   İstifadəçinin şəxsi məlumatlarının məxfiliyinin mühafizəsi üçün mövcud işgüzar təcrübədə bu cür məlumatın qorunması üçün adətən istifadə edilən qaydada ehtiyat tədbirlərini görmək.

6.2.4. Yanlış şəxsi məlumatların və ya qanunsuz hərəkətlərin aşkarlanması halında, İstifadəçinin və ya onun qanuni nümayəndəsinin, yaxud  şəxsi məlumat subyektlərinin hüquqlarının qorunması üzrə səlahiyyətli orqanın müraciəti və ya sorğusu anından müvafiq İstifadəçinin şəxsi məlumatlarını yoxlama müddətinə bloklamaq.


7. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ

7.1. Bu Məxfilik Siyasətinin 5.2. və 5.3. və 7.2.-ci bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, Saytın öz öhdəliklərini yerinə yetirməmiş administrasiyası şəxsi məlumatların qanunsuz istifadəsi ilə əlaqədar İstifadəçi tərəfindən çəkilmiş zərərə görə məsuliyyət daşıyır.

7.2. Məxfi məlumatın itki və ya açıqlanması halında Saytın administrasiyası o halda məsuliyyət daşımır ki, belə məxfi məlumat:

7.2.1. Onun itkisi və ya açıqlanmasından əvvəl ictimaiyyətə məlum olmuşdur.

7.2.2. Saytın Administrasiyası tərəfindən alınması anına qədər üçüncü tərəf tərəfindən alınmışdır.

7.2.3. İstifadəçinin razılığı ilə açıqlanmşıdır.

7.2.4. Bu Siyasətin şərtlərinə əsasən açıqlanmşıdır.

7.2.5. Üçüncü şəxslər tərəfindən açıqlanmşıdır.


8. MÜBAHİSƏLƏRİN HƏLLİ

8.1.  İnternet-mağaza saytının İstifadəçisi və saytın Administrasiyası arasındakı münasibətlərdən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməzdən əvvəl, mütləq yazılı iddia təqdim olunmalıdır.

8.2. İddianı alan tərəf iddianın alınması tarixindən 30 təqvim günü ərzində iddianın təqdim edən şəxsə iddianın baxılması nəticələri haqqında xəbərdar edir.

8.3. Tərəflər razılığa gəlmədikdə, mübahisə Londonda beynəlxalq Arbitraj məhkəməsində həll olunur.

8.4. Bu Məxfilik Siyasətinə və İstifadəçi ilə saytın Administrasiyası arasındakı münasibətlərə bu sahə üzrə müvafiq beynəlxalq hüquq normaları tətbiq edilir.

9. ƏLAVƏ ŞƏRTLƏR

9.1. Sayt administrasiyası İstifadəçinin razılığı olmadan həmin Məxfilik Siyasətinə dəyişikliklər etmək hüququna malikdir.

9.2. Məxfilik Siyasətinin yeni redaksiyasında digəri nəzərdə tutulmamışdırsa, yeni Məxfilik Siyasəti internet mağazanın Saytında yerləşdirildiyi anından qüvvəyə minir.

9.3. Həmin Məxfilik Siyasəti üzrə bütün təkliflər və ya suallar internet mağaza saytının "Əlaqələr" bölməsində təqdim edilir.

9.4. Qüvvədə olan Məxfilik Siyasəti https://www.azfon.ae ünvanlı səhifədə yerləşdirilib.