Biz Kimik ?

AZFON General Trading FZE


Şirkət 16 dekabr 2014 ildə yaradılıb. Şirkətin baş ofisi BƏƏ-də, Acman əmirliyində (azad iqtisadi zona) yerləşir. Buna görə bizim qiymətlər sərfəliyi ilə digərlərindən  fərqlənir. "General Trading" lisenziyası sayəsində şirkət BƏƏ-dən dünyanın demək olar ki, istənilən nöqtəsinə mal ixrac etmək hüququna malikdir.

Bizim kollektivimizdə Azərbaycan daxil olmaqla dünyanın aparıcı ölkələrinin bazarlarında iş təcrübəsinə malik olan elektron və mobil texnika sahəsində yüksək ixtisaslı mütəxəssislər çalışır. Biz unutmuruq ki, yüksək səviyyəli xidmət – bizim həqiqətən keyfiyyətli şəkildə çalışmağımızın göstəricisidir. Buna görə bizə etibar etmək olar.

"AZFON Discount Store" internet mağaza – Azərbaycanda mobil və rəqəmsal texnika üzrə aparıcı internet mağazalarından biridir. "AZFON Discount Store" mağazasının rəsmi saytı çox qısa bir zamanda alıcıların etibarını qazanıb. "AZFON Discount Store" internet mağaza – mobil və rəqəmsal texnikanın, habelə yüksək keyfiyyətli məişət texnikasının geniş çeşidi deməkdir!

Mağazamızda tapa biləcəkləriniz:

mobil telefonlar və smartfonlar;

"ağıllı" saatlar;

planşet kompüterləri;

noutbuklar və kompüterlər;

fotoaparatlar və videokameralar;

aktiv həyat tərzi üçün qadcetlər (fitnes-trekerlər, qolbaqlar və s.);

mobil və rəqəmsal texnika üçün aksessuarlar;

elektron kitablar və oyun konsolları;

avtomobil elektronikasını (naviqatorlar, videoregistratorlar və s.);

MP3 - və DVD-pleyerlər və qulaqlıqlar;

printerlər və skanerlər;

routerlər, modemlər və başqa şəbəkə qurğuları;

və bir çox başqa avadanlıq və texnika.


Sifariş sistemimiz çox sadə və rahatdır. Biz qeydiyyatın və sifarişin rəsmiləşdirilməsi sisteminin sadəliyi nə dərəcədə vacib olduğunu bilirik, buna görə sifarişin rəsmiləşdirilməsi prosesinin rahat və tez olması üçün əlimizdən gələnləri edirik.

Texnikanın asanlıqla seçilə bilməsi üçün sayt sadə naviqasiya və rahat filtrlərlə təchiz edilmişdir. Malların ətraflı təsviri, video icmalar və məqalələr sayəsində düzgün və ölçülüb-biçilmiş seçim edəcəksiniz.

Əgər mallara, ödənişə və ya çatdırılmaya dair hər hansı sualınız olarsa Siz onlayn çat və ya telefon vasitəsilə peşəkar satıcı-konsultantdan məsləhət ala bilərsiniz.

Biz sizin vaxtınıza və pulunuza dəyər veririk və buna görə malın çatdırılmasını ən qısa müddətə (3 - 5 iş günü)  həyata keçirməyə çalışırıq.

Və ən əsası odur ki, bir sıra səbəbdən sifariş olunmuş malı tapa bilmədikdə və ya vaxtında çatdıra bilmədikdə, 15 iş günündən sonra biz sizə malın tam dəyərini qaytaracağıq, həmçinin tərəfinizdən sifariş edilmiş malın ümumi qiymətinin 10% həcmində sizə kompensasiya dəyəcəyik.

"AZFON Discount Store" internet mağaza - əlverişli əməkdaşlıq deməkdir.